Çarəsiz qalmış Rusiya, Türk şirkətlərinə qoyduğu sanksiyaları ləğv edir
1. 045 dəfə baxılıb
Rusiya hökuməti türk şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Rusiya hökumətinə təqdim olunan yeni təklifdə bildirilir ki, bir çox türk şirkətlərinə ölkədə fəaliyyət göstərmələri üçün icazə veriləcək.
“Xidmətlərini və işini başqa şirkətlərin əvəz edə bilmədiyi, gördükləri işin əhəmiyyəti nəzərə alınaraq bir sıra türk şirkətlərinin Rusiya ərazisində fəliyyətinə icazə verilə bilər. Türk şirkətlərinin gördüyü işdən daha ucuz iş görə biləcək digər şirkətlərin olmadığı təqdirdə, alternativ olmadığı hallarda bu və ya digər layihələrin həyata keçirilməsi türk şirkətlərinə sifariş edilə bilər”- sənəddə belə deyilir.
Məlumata görə hökumət sənədin müzakirəsini ictimaiyyətin ixtiyarına buraxıb və ona uyğun olaraq da qərar qəbul edəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm qeyri-müsəlmanların və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)