Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çavuşoğlu Azərbaycanın dəstəyini belə dəyərləndirdi: “… Bir millət olmağı şərtləndirən məhz budur”

İyul 25
17:08 2016

“Hərbi çevrilişə cəhd baş verdikdən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, həm də atdığı addımlarla göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur”.

Selefxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyənin xazrici işlər nazuiri Mövlud Çavuşoğlu “Habertürk” televiziyasına müsahibəsi zamanı bildirib.

M. Çavuşoğlu deyib ki, son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib: “Rusiyanın bu məsələ ilə bağlı ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflər oldu. Bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflər də var. Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik”.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699)

Digər xəbərlər