Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çeçenistan rəhbərini Rusiyadakı müsəlmanlar dəyərləndiriblər

Mart 30
17:09 2015

Ramzan Kadırova Rusiya müsəlmanlarının ali mükafatı verildi.

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya müsəlmanlarının ali mükafatı – “Xidmətlərinə görə” ordeni ilə təltif olunub.

“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistan hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Ramzan Kadırov bu mükafata cəmiyyətdə milliyyətlərarası sülhün və razılığın möhkəmləndirilməsi, Tomsk şəhərinin tarixi Cümə məscidinin təmiri və bərpasında böyük xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kadırovu Şərəf ordeni ilə təltif edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər