Çeçenistanda İŞİD üzvlərindən pul qoparan qızlar tutulub
950 dəfə baxılıb
Bir qrup çeçenistanlı qız sosial şəbəkələrdə İŞİD xəvaric terror qruplaşması üzvləri ilə yazışaraq, onların dəstələrinə qoşulmaq vədi ilə hesablarına xeyli miqdarda “bilet” pulu köçürülməsinə nail olub.
“Sələf Xəbər”in Lifenews.ru-ya istinadən məlumatına əsasən, Çeçenistan polisi şübhəli bilinən qızlardan üç nəfəri tutub.
Şübhəli qızlardan biri İŞİD terror xəvaric qruplaşması üzvlərinə qoşulacağı vədi ilə onları aldadaraq 45 min rubl qoparıb. Qızın sözlərinə görə, bir neçə ay əvvəl sosial şəbəkədə Suriyadan olan naməlum şəxsdən məktub alıb. Bir müddət yazışdıqdan sonra həmin şəxs qıza təklif edib ki, hər şeydən vaz keçib döyüşçülərin arasında yeni həyata başlasın. Suriyaya getmək üçün vəsaitinin olmadığını bildirən qıza 10 min rubl məbləğində pul göndərib. Pulları hesabından çıxartdıqdan sonra çeçen qız sosial şəbəkədəki səhifəsini bağlayıb və yazışmanı dayandırıb.
Növbəti dəfə çeçen qıza İŞİD terror xəvaric qruplaşması üzvlərinə qoşulmaq üçün daha iki təklif gəlib. Bu dəfə də onun hesabına ayrı-ayrılıqda 15 və 20 min rubl köçürülüb. Əvvəlcə İŞİD terror xəvaric qruplaşması üzvlərinə qoşulmağı düşünsə də daha sonra ordakı qızların naməlum taleyini göz önünə gətirərək fikrindən vaz keçib.
Çeçenistanda ekstremistlərə və terror qruplara qarşı mübarizə mərkəzi mütəmadi olaraq internetdəki yazışmalara nəzarət edir. Onlar tərəfindən ekstremistlərlə yazışan bir çox şəbəkə hesabları aşkar olunub. Hətta yazışan fırıldaqçılar arasında yalnız qadınlar yox, həm də özlərini müsəlman qadın kimi təqdim edən kişilər də var.
Artıq bu üsulla terrorçularla əlaqəyə girən fırıldaqçılara qarşı tədbirlər görülür. Dələduzluq edənlər üçün minimum cəza cərimələnmək, maksimum cəza isə 6 il azadlıqdan məhrum edilmək olacaq.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)