Çeçenistanda partlayış törədilib
765 dəfə baxılıb
Çeçenistanın Qroznı şəhərində güclü partlayış baş verib.
Hadisəni terrorçu-kamikadzenin törətdiyi deyilir.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, partlayış nəticəsində ölən və yaralananlar var.
Hadisə şəhərin Nəzarət Buraxılış Məntəqələrindən birində baş verib. Məlumata görə, hadisəni iki terrorçu törədib. Onlardan biri bombanı üzərində məntəqəyə keçirərək hərəkətə gətirib.
Hadisə nəticəsində Daxili İşlər Nazirliyinin bir əməkdaşının öldüyü deyilir. Bundan başqa, daha bir neçə nəfər də yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıblar.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil. Hazırda faktla bağlı araşdırmalar gedir. Hadisənin dəqiq kimlər tərəfindən və nə üçün törədildiyi araşdırılır.
Oxşar hadisə Çeçenistanda ötən ilin martında da baş verib. Belə ki, Martanovski rayonunda partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 rusiyalı hərbçi yaralanmışdı.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)