“Charlie Hebdo” nəşrini dayandırdı
Fevral 03
17:00
2015
1. 088 dəfə baxılıb
Fransada 12 əməkdaşı öldürülən “Charlie Hebdo” jurnalı nəşrini dayandırıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, satirik jurnal bir müddət çap olunmamaq qərarı verib. Rəhbərlik terrordan sonra bəzi dəyişikliklər olacağına görə fasilə verildiyini açıqlayıb.
Xatırladaq ki, Yanvarın 7-də İslam Peyğəmbərinin (Allahın ona salavat və salamı olsun) karikaturasını dərc edən jurnalın Baş redaktoru da daxil olmaqla 12 jurnalisti öldürülüb. Jurnalın fəaliyyətini nə vaxt bərpa edəcəyi məlum deyil.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində deyir: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.” (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)