“Charlie Hebdo”ya hücumda müsəlman polis qətlə yetirilib
Yanvar 12
18:41
2015
864 dəfə baxılıb
“Sələf Xəbər” rt.com saytına istinadən xəbər verir ki, Fransa polisi “Charlie Hebdo” satirik jurnalının ofisinə edilən hücum zamanı qətlə yetirilmiş 2 nəfər polis məmurunun kimliyini müəyyən edib. Terror aktının qurbanlarından birinin müsəlman olduğu bildirilir.
42 yaşlı Əhməd Mərabət aman diləməsinə baxmayaraq, yaxın məsafədən qətlə yetirilib və onun ölümü anbaan təhlükəsizik kameralarına düşüb. Müsəlman olduğu bildirilən Mərabət, “Charlie Hebdo” jurnalının ofisinin yerləşdiyi 11-ci mahalda polis kimi çalışırmış.
İkinci məmurun kimliyi təsdiqlənməyib. Lakin onun, mətbuatda təxribata səbəb olan jurnalın baş redaktoru, inadkar Stefan Şarbonyeni qorumaq üçün təyin olunduğu bildirilir.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)