Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Cihada” gedən 2 avstriyalı qız həbs edilib

Sentyabr 19
10:24 2014

“Sələf Xəbər” english.alarabiya.net-ə istinadla xəbər verir ki, Avstriya polisi 14 və 15 yaşlarında iki məktəbli qızın Suriyaya getməsinə mane olub. Rəsmi məlumatlara əsasən, qızlar islamçı partizanlara qoşulmaq niyyətində olublar.

Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Marakovitsin sözlərinə görə, Avstriyanın cənubunda yerləşən Qraz şəhərində Suriyaya yollanmaq üzrə olan iki qız polis tərəfindən həbs edilib.

Kronen Zeitung qəzeti, qızların bir-biri ilə internet vasitəsilə tanış olduğunu və onlardan birinin harada olursa-olsun “İslam Dövləti” (İD) terror xəvaric qruplaşmasına dəstək vermək arzusunda olduğunu bildirib. İslamı yeni qəbul etmiş müsəlman qızlardan birinin anası polisə müraciət edib və növbəti gün polislər onları digər müsəlman qızın ailəsinə məxsus Qrazdakı evində tutublar.

“Onlar heç bir cinayət işləməyib və onlarla belə həssas yaşda yanlış dostların çevrəsinə düşmüş qurbanlar kimi rəftar olunur” – Marakovits bildirib.

“Biz onların hansı yolla – internet vasitəsilə, yoxsa Avstriyadan və ya başqa ölkədən hansısa insanlar tərəfindən təsir altına salındıqlarını araşdırırıq”, o sözlərinə əlavə edib.

Qızlar ilk öncə Türkiyəyə uçaraq daha sonra Suriyaya getmək niyyətində olublar. Bu ilin may ayında mənşəcə bosniyalı, 2 Avstriya vətəndaşı olan gənc qız da “islam uğrunda döyüşmək üçün” Suriyaya yollanıb.

Nazirlik nümayəndəsinin sözlərinə əsasən, 12 qadın da daxil olmaqla 142 Avstriya vətəndaşının Suriyada olduğu güman edilir. Bu ilin avqust ayının ortasından etibarən “cihada” yollanmaq istəyən 10 şübhəli şəxs həbs edilib.

Qeyd edək ki, Avropa ölkələri, sakinlərinin İD terror xəvaric qruplaşmasına qoşulmaq üçün Suriya və İraqa yollanmasının qarşısını almaq üçün nəzarəti gücləndirib.

 Sələf Xəbər: Şeyx Saleh Fövzan (Allah onu qorusun) “Suriyadakı qardaşlara necə kömək etmək olar” sualına belə cavab vermişdir: “… Ayrı-ayrı insanların əlinə silah alaraq nəsə eləməyə çalışmasına gəldikdə isə, bu heç bir fayda vermir. Bu cür əməllər müsəlmanların birliyinə səbəb olmur, əksinə qan tökülməsi ilə nəticələnir. Bunu həm təcrübə, həm də reallıq sübut edir. Odur ki, bizim üçün vacib olan, (Suriyadakı) müsəlman qardaşlarımız üçün dua etməkdir. Biz Allaha dua etməliyik ki, onlara qələbə və müvəffəqiyyət bəxş etsin. Həmçinin Allahdan, onlara qarşı haqsızlıq edənləri cəzalandırmasını istəməliyik.”

Digər xəbərlər