Çili metrosunda terror aktı törədilib
898 dəfə baxılıb
“Sələf Xəbər”-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Çilinin paytaxtı Santyaqoda törədilən terror aktında xəsarət alanların sayı 14 nəfərə çatıb, onlardan üçünün vəziyyəti ağırdır.
Partlayıcı qurğu odsöndürəndə quraşdırılıb və metro stansiyasında yerləşən kafedə zibil qutusuna atılıb. Partlayış ziyarətçilərin ən çox olduğu anda baş verib. Zərərçəkənlərdən biri – Venesuela vətəndaşıdır. Çili hökuməti partlayışda, dinc vətəndaşlara qarşı yönəlmiş terror aktının bütün əlamətlərinin olduğunu bəyan edib.
Hadisə səbəbilə Çilinin prezidenti xanım Mişel Baçelet bütün tədbirləri ləğv edib və təcili olaraq ölkənin operativ təhlükəsizlik şurasının iclasını çağırıb. Ölkə başçısı həmçinin yaralılara baş çəkməyi planlaşdırır.
“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə