Çin hərbçilərinin sıralarında meymunlar da var
802 dəfə baxılıb
Çin hərbçiləri hərbi aviabazaları quşlardan qorumaq məqsədi ilə hərbi xidmətə meymun götürüblər. Quşlar hərbçilər üçün çox böyük narahatlıq yaradırlar. Belə ki, onlar təyyarənin turbininə düşərək qəzaya gətirib çıxara bilərlər.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, meymunlara hərbi obyektlərin yaxınlığında ağaclardakı quş yuvalarını dağıtmaq üçün aprel ayından başlayaraq təlim keçirilib. Əlbəttə ki, insanların köməyi olmadan meymunlar bunun öhdəsindən gələ bilməzdilər. Təcrübə zamanı insanlar quş yuvalarını aşkarlayaraq meymunlara göstərir, onlar isə ağaca dırmaşaraq quş yuvalarını məhv edirlər. Bu xidmətin əvəzində isə hərbçilər primatlara qarğıdalı və digər meyvə, tərəvəz “pay” verirlər.
Pekin yaxınlığında aviabazada hazırda quşlarla mübarizə aparan komandaya beş meymun daxildir. Onların hər biri gündə 12 quş yuvası məhv edə bilir.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar”. (Qurani-Kərim, “Ənam” surəsi, 38-ci ayə)
Başqa bir ayədə Uca Allah heyvanların da həşr olunacaqlarını bildirir: “…vəhşi heyvanlar bir yerə toplanılacağı zaman”. (Qurani-Kərim, “Təkvir” surəsi, 5-ci ayə)
Hədislər, heyvanlara qarşı rəhmli olanın Allah tərəfindən bağışlanacağına, qəddar rəftarın isə insanı Cəhənnəmə aparacağına işarə edir.