Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çin İŞİD-lə mübarizəyə qoşula bilər

Yanvar 14
19:01 2016

“The Washington Times”: “Çin Suriyada hərbi əməliyyat keçirən Rusiyaya qoşulacaq”.

Çin Xalq Respublikası İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizəyə qoşula bilər.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “The Washington Times” qəzeti hərbi mənbələrə istinadən yazıb.

“Rəsmi Pekin terrorçular arasında Çin mənşəli silahlıların artmasından narahatdır. Ehtimallara görə, Çin ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiyaya yox, Suriyada hərbi əməliyyat keçirən Rusiyaya qoşulacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin sonunda Çin Xalq Respublikasının sədri Si Tszinpin İŞİD terror xəvaric qruplaşmasının silahlıları tərəfindən girov götürülən Çin vətəndaşının edamını qəti pisləyib, qətlin günahkarlarını cəzalandırmağa çağırmışdı.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”.(Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər