Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çin Qazaxıstanla Azərbaycan arasında körpü sala bilər

Avqust 08
14:12 2015

Çin Xəzər dənizi üzərindən Qazaxıstandan Azərbaycana körpü tikilməsini nəzərdən keçirir.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu barədə Amerika-Sovet postsənaye iqtisadiyyatı üzrə mütəxəssis Yevgeniy Gilbo məlumat verib.

“Çindən Avropa Birliyinə torpaq dəhlizlə dənizdən 100-dəfə az yük ixrac edilir. Hətta Rusiya Federasiyası belə Çindən yüklərin böyük əksəriyyətini dəniz üzərindən aparır. Çin “İpək yolu”na qoymaq istədiyindən hardasa 100 dəfə çox əsas logistik investisiyasını “Biorma dəhlizin”nə yönləndirir”, – deyə Gilbo bildirib.

Onun sözlərinə görə Rusiyanın texnologiya sahəsində geriliyi onun ərasizindən yükün daşınmasını riskə salır. Yalnız birinci gün Çindən Trans-Xəzər Beynəlxalq Marşrutu üzrə birinci test qrupu Bakıya gəlib.

Sentyabrda Trans-Xəzər Beynəlxalq Marşurutu üzrə Türkiyəyə qədər birinci test strukturunun həyata keçirilməsi planlaşdırılır. Lakin Trans-Xəzər Beynəlxalq Marşurutu ilə işləyən dünya şirkəti “DP World” il ərzində 5,5 milyon ton yük keçirilməsini nəzərdə tutur. Bu həmcdə yük Xəzər üzərindən körpünün tikintisinə sərmayə ayrılmasını çətinləşdirir.

Azərbaycan tərəfdən Trans-Xəzər Beynəlxalq Marşurutunda Azərbaycan Dəmir Yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iştirak edir.

Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)

“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Bu əşyalar insanlar üçün bəzək şeyləridir və onların simasını daha gözəl göstərir. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər