Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çində hicab və niqab geyinənlər həbs olunacaq

Noyabr 05
16:32 2015

Çin höküməti “ekstremist geyim” geyinənlərlə bağlı cinayət məcəlləsi qanununa əlavələr edib.

Çinin “Global Times” qəzetinin verdiyi xəbərə görə, belə bir geyim geyinən və digərlərini də geyinməyə məcbur edən hər kəs nəzarətə alınaraq 3 il müddətinə həbs cəzasına məhkum ediləcək.

Çin Xalq Respublikası Ali Məhkəməsi və prokurorluğu tərəfindən “ekstremist geyim”ə aid edilə bilən simvol və rəmzlər hələki dəqiqləşdirilməyib. Lakin belə görünür ki, niqab, hicab və ya keşiş əbası da ” ekstremist geyimlər”ə aid oluna bilər.

“Digərlərini də geyinməyə məcbur edən” ifadəsinə gəlincə isə, dinin tələbinə uyğun qapalı paltar geyinən qadınların ərlərinin də hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmasını nəzərdə tutub.

Onu da qeyd edək ki, dini təqiblər Çində prezident Si Szinpin tərəfindən daha da artıb.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.

Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).

Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).

“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.

Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!

Digər xəbərlər