Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çində oruc tutan müsəlmanlara işgəncə edilir – FOTO

İyun 24
16:55 2015

Çünki Çin Xalq Respublikası öz ölkəsində oruc tutmağı qadağan edib.

Müqəddəs Ramazan ayında dünyanın bir çox ölkəsində yaşayan müsəlmanlar oruc tutmağa başlayır.

“Sələf Xəbər” A24.az-a istinadən xəbər verir ki, niyyət edərək, oruc tutan, susuzluğa və aclığa tab gətirən müsəlmanlar axşam iftarlarını dua edərək açırlar. Dünyada əhalisinin sayına görə lider olan Çində yaşayan müsəlmanlar isə oruc tuta bilmir. Çünki Çin Xalq Respublikası öz ölkəsində oruc tutmağı qadağan edib.

1949-cu ildə Çin, Şərqi Türkistanı ləğv etdikdən sonra, türklərin yaşadığı yerlərə çinli ailələri köçürdərək bölgədə türklərin kökünü kəsmək niyyətində olduğunu göstərdi. Zaman-zaman sosial şəbəkələrdə gördüyümüz foto və videolarda da çinlilərin türklərə səbəbsiz olaraq verdiyi işgəncələrin şahidi olmuşuq. Ramazan bayramında oruc tutan müsəlmanlara isə çin məmurları və yerli xalq tərəfindən oruclarının pozulması üçün təzyiq göstərilir. Universitetdə oxuyan türk tələbələr oruc tutduqlarına görə gələcəkdə karyera qura bilməyəcəklərini söyləyirlər. Çinin Şincan əyalətində yaşayan uyğur türkləri isə bütün təzyiqlərə baxmayaraq oruc tutmağa davam edirlər.

📷

000111

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver”. (Qurani-Kərim, “Tariq” surəsi, 15-17-ci ayələr)

“Məhəmməd Peyğəmbərə və Qurana inanmayanlar haqqı yer üzündən silmək və yalanı əbədiləşdirmək üçün hiylələr qurur. Allah isə, kafirlərin qəzəbinə baxmayaraq, haqq aydına çıxarıb yalanı yox etmək üçün hiylələr qurur. Və bu qarşıdurmada kimin üstün gələcəyi tamamilə aydındır, axı insan Hər şeyi bilən və Qüdrətli Allaha aldatmaq üçün çox cılız və zəifdir. Bax buna görə tezliklə kafirlər öz pisliklərinin bəhrəsini görəcək və Allahın cəzası üzərilərinə yağacaq”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər