Çində saxta “iPhone” istehsal edən fabrik bağlandı
849 dəfə baxılıb
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, gizli istehsal olunan 40 mindən çox saxta smartfon toplanıb. Doqquz nəfər həbs olunub, satışa hazır olan 1400-dən çox telefon müsadirə edilib.
Fabrikdə istehsal olunan saxta smartfonlar xarici ölkələrə, o cümlədən ABŞ-a ixrac olunurdu. 2015-ci ilin yanvarından fəaliyyət göstərən fabrikdə 19,4 milyon dollar dəyərində 41 min cihaz satılıb. İlk olaraq bir neçə saxta və keyfiyyətsiz telefon ABŞ müvafiq qurumlarının diqqətini cəlb edib.
Çinin səlahiyyətli orqanları qanunsuz istehsala qarşı fəal mübarizə aparır.
Saxta məhsulların istehsalı problemi bu gün dünyanı ciddi narahat edir. Bu məhsulların istehsalı 2012-ci ildə ən yüksək həddə çataraq, ümumi dəyəri 1,7 trilyon dollar təşkil edib.
Sələf Xəbər: Daimi Komitənin alimləri bildirirblər ki, “Bizi aldadan bizdən deyil!” hədisi səhihdir. Hədis ümumi məna daşıyır və alqı-satqı, nəsihət, iltizam və müqavilələr və sadiqlikdə yalan və hiylələri əhatə edir. Həmçinin bura məktəb, institut və s. keçirilən imtahanlarda istər kitabdan köçürmək və ya cavabı digər tələbədən istəmək və ya onlara öz aralarında yayacağı cavabı sözlə demək və yazılı şəkildə vermək aiddir”. (Fətva əl-Ləcnə, 12/200)