Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çində şüşədən hazırlanmış ən böyük baxış meydançası açılacaq – FOTO

Avqust 26
16:40 2015

Çində qayanın başında yerləşən, şüşədən hazırlanmış baxış meydançası açılacaq.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, bu platforma Asiyada ən böyük meydança olacaq.

Meydançanın eni 11, uzunluğu 26 metr təşkil edir. Platforma Ulun Milli Geoloji parkında 280 kilometr hündürlükdə yerləşir.

Konstruksiya sayəsində cəsarətli turistlər ayaqlarının altındakı cəlbedici mənzərədən həzz ala biləcəklər.

Meydança 3 qat bərkidilmiş şüşədən hazırlanıb. Hər qat 10 ton ağırlığa tab gətirə bilir.

Platformanın açılışı oktyabrın 1-nə planlaşdırılır.

📷

baxis_meydancasi_250815_2 baxis_meydancasi_250815_3 baxis_meydancasi_250815 (1)

Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər