Çində terror aktı: 37 mülki şəxs öldü, 59 terrorçu məhv edildi
1. 025 dəfə baxılıb
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Çinin Sintszyan – Uyğur Muxtar Vilayətinin Şaçe rayonunda polis terrorçuların hücumunu dəf edərkən 59 silahlını öldürüb.
Terror aktı nəticəsində 37 mülki şəxs ölüb, daha 13 nəfər isə yaralanıb. Terrorçulardan çoxlu sayda bıçaq və balta, həmçinin “müqəddəs savaşa” çağıran plakatlar götürülüb.
Qeyd edək ki, terror aktı iyulun 29-da törədilib, lakin qurbanların dəqiq sayı bu gün məlum olub. Həmin gün balta və bıçaqla silahlanmış bir qrup şəxs Elisku şəhərində polis şöbəsinə və bir neçə inzibati binaya hücum edib. Terrorçular həmçinin qarşısına çıxan avtomobillərə ciddi zərər yetirib və yoldan keçən insanlara hücum ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Müqəddəs Quran, “Maidə” surəsi, 33-cü ayə).
“Allaha və Onun Elçisinə (ona Allahın salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (ona Allahın salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar sanki yolların arasını kəsirdilər və Fövqəluca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir.” (Bax “Təfsir Əs-Saadi”).