Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çində ümumi və qapalı yerlərdə siqaret çəkmək qadağan olundu

Noyabr 29
17:16 2014

“Sələf Xəbər” alriyadh.com- a istinadən xəbər verir ki, Çin Respublikası Cümə günü bütün ümumi və qapalı yerlərdə siqaret çəkməyin qadağan olması qanununun planını təsdiqləyərək bütün ölkədə tütün istifadəsinin nizamlanması qanunu üzərində araşdırma aparmağa başlayıb.

Çinin yeni xəbərlər agentliyi olan “Şinxva”-yın məlumatına görə bu plan, həmçinin, ümumi yerlərdə siqaret şirkətlərinə məxsus olan elanlara, reklamlara və sponsorluqlara da qadağa qoymağa çağırır. Agentlik əlavə edib ki, həmin planda siqaret qutularının üzərində yarısından az həcm tutmamaq şərti ilə yazılardan və şəkillərdən ibarət səhiyyə xəbərdarlıqlarının da olacağı zərurəti qeyd olunub.

Həmin yeni qanunlar paytaxt Pekində gələn ilin iyun ayından qüvvəyə minməyə başlayacaq. Hökumət statistikası işarə edir ki, Çin dünyada siqaret istehsalı və istifadəsi üzrə ən birinci dövlətdir. Belə ki Çində 300 milyondan çox siqaret çəkən var və siqaret səbəbi ilə orada hər il milyondan çox insan həyatını itirir.

 Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir, və insana yalnız xeyir verən şeyləri əmr edir, və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir.

Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Siqaret və qəlyan da həmçinin bu kateqoriyaya daxildir. Məlumdur ki, siqaretçəkən öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verir. Həmçinin, siqaretçəkəndə siqaretlərdən asılılıq əmələ gəlir və o müntəzəm olaraq siqaret və ya qəlyan almağa pul xərcləməyə məcbur olur (məlumdur ki, ayrı-ayrı restoranlarda qəlyanın qiyməti 100 dollara, və ya ondan da baha başa gəlir), bu da başqa günaha – israfçılığa səbəb olur.

20-ci əsrin görkəmli islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin), İslamda siqaret çəkmə barəsində rəyi soruşduqda, şeyx belə cavab verdi: “Siqaret çəkmə İslamda qadağandır. Uca Allahının sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), “öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin.”(Müqəddəs Quran, “Nisa” surəsi, 5-ci ayə). Peyğəmbər (ona salavat və salam olsun həmçinin) israfçılığı da qadağan edib.

Tibb sübut etdi ki, siqaret çəkmə sağlamlığa ziyan vurur, və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, buna da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir”. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin).

Digər xəbərlər