Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Çindən müsəlmanlara namaz qadağası

Dekabr 12
20:46 2014

Çin Şərqi Türküstanda yaşayan müsəlmanlara qarşı yeni qanun qəbul edib.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qanun yanvar ayının 1-dən etibarən qüvvədə olacaq. Qanuna görə, rəsmi qurumlarda, məktəb və iş yerlərində namaz qılmaq qadağan olunacaq. Qanuna tabe olmayan şəxslərə pul və həbs cəzası veriləcək. Həmçinin, internetdə dini paylaşım edənlərə də pul cəzası tətbiq ediləcək.

Qeyd edək ki, Çin ölkə ərazisində yaşayan müsəlmanların Həccə getməsini və oruc tutmasını qadağan edib.

 Sələf Xəbər: “Xeyr, insan azğınlıq edər. Özünün dövlətli olduğunu gördüyü üçün! Axı, sənin axır dönüşün Rəbbinədir! Gördünmü, o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de görək, əgər o doğru yoldadırsa. Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik. Özü də yalançı, günahkar kəkilindən!” (Qurani Kərim, “əl-Aləq” surəsi, 6-16-cı ayələr).

Digər xəbərlər