CNN: “Rusiya Türkiyə sərhədində yeni aviabaza tikə bilər”
734 dəfə baxılıb
ABŞ-ın CNN və Fox kanallarının Rusiyadakı rəsmi şəxslərə istinadən xəbərinə görə, ola bilsin ki, ruslar Suriyanın şimal-şərqində yeni aviabaza inşa etmək üçün yer seçirlər.
“Sələf Xəbər” Avropa.info-ya istinadən məlumat verir ki, amerikan mediasının iddiasına görə bu addım regiondakı vəziyyəti daha da kəskinləşdirə bilər. Türkiyə ilə sərhəddə yerləşən Əl Qamışlı şəhərində tərk edilmiş aerodroma rusiyalı hərbçi-mühəndis qrupunun gəldiyi müşahidə edilib. Bu obyektin tikilməsindən Ankara da narazı qalacaq. Əl Qamışlı kürdlərin yaşadığı rayonun yaxınlığında yerləşir.
Bənzər situasiya keçən ilin sentyabrında da müşahidə edilmişdi. Rusiya hərbçilərinin texnikasının Suriyaya gəlməsindən öncə ruslar Lazkiyə ətrafında yeni aerodromun tikintisi imkanları ilə bağlı kəşfiyyat aparmışdılar.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)