Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Con Allen: “Tezliklə “İslam dövləti”nə qarşı quru əməliyyatına başlanılacaq”

Fevral 10
15:33 2015

“Tezliklə “İslam dövləti” terror xəvaric qruplaşmasına qarşı quru əməliyyatına başlanılacaq”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu İordaniyanın “Petra” agentliyinə açıqlamasında ABŞ-ın “İslam dövləti” terror xəvaric qruplaşmasına qarşı koalisiyadakı nümayəndəsi, general Con Allen deyib.

O bildirib ki, əks-hücum əməliyyatını İraq ordusu tərəfdaş ölkələrin dəstəyi ilə həyata keçirəcək.

 Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı, hətta, onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Digər xəbərlər