Con Kerri Əsəd, Rusiya və İranı Suriyaya quru qoşunlarının yeridilməsi ilə hədələdi
Fevral 13
18:01
2016
658 dəfə baxılıb
“Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu, Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bunu “Orient” telekanalına müsahibəsində ABŞ dövlət katibi Con Kerri deyib.
C. Kerri deyib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək.
Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.
O, həmçinin İraqdakı “Hizbullah” döyüşçülərinin və şiə üsyançılarının Bəşər Əsəd tərəfdən münaqişədə iştirakına etiraz edib, bildirib ki, onların yeri Suriya deyil: “Onlar öz vətənlərinə qayıtmalıdırlar”.
Sələf Xəbər: Uca Allah buyurur: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 11-ci ayə)