Con Kerri Körfəz ölkələrinin nazirləri ilə görüşüb
768 dəfə baxılıb
Şuraya Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Dövlət katibi İranın nüvə proqramını müzakirə edib.
ABŞ Dövlət katibi Con Kerri İranın nüvə proqramı ilə bağlı Tehranla aparılan danışıqlar barədə məlumat vermək məqsədi ilə Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Xarici İşlər nazirləri ilə görüşüb.
“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, şuraya Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
C.Kerri bundan əvvəl Cenevrədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə üçgünlük danışıqlar aparıb. Söhbət zamanı İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müzakirə olunub.
Xatırladaq ki, tərəflər bu il iyunun sonunadək yekun razılaşma əldə etməyi düşünürlər.
Sələf Xəbər: İslam müdriklik və sağlam düşüncə dinidir. Uca Allah heç vaxt müsəlmanlara onların gücü yetmədiyini əmr etmir. Uca Allah buyurur: “Nə qədər bacarırsınızsa, Allahdan qorxun”. (Qurani-Kərim, “Təğabun” surəsi, 16-cı ayə)
Bəzən Allah müsəlmanlara, hətta, bəzi xeyir əməlləri qadağan edir, əgər belə əməllərin edilməsi müsəlmanlara xeyirdən daha çox ziyan gətirirsə.