Çörçill İslamı qəbul etmək istəyirmiş
989 dəfə baxılıb
İngiltərə mətbuatı Uinston Çörçillə bağlı gizli tarixi ortaya çıxarıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bir zamanlar Böyük Britaniyanın Baş naziri olmuş Çörçillin İslam dininə maraq göstərdiyi, ancaq ailəsinin onu bu yoldan çəkindirdiyi bildirilir. Çörçillin İslam və Şərq mədəniyyətinə heyran olduğu, hətta, dinini dəyişdirmək ehtimalının yüksək olmasının ailəsində narahatlıqla qarşılandığı qeyd edilir. Çörçillin qardaşı Conun nişanlısı Qvendolin Bertaynın 1907-ci ildə Çörçillə göndərdiyi məktubda “Xahiş edirəm, İslamı seçmə, buna qarşı müharibə apar!”- dediyi də məlum olub.
Daha bir məktub Kembric Universiteti Tarix kafedrasının müəllimi Uorren Dokter tərəfindən qələmə alınıb. Məktubda qeyd edilir: “Çörçill heç bir zaman ciddi mənada din dəyişdirməyi düşünməyib. Məktubun yazıldığı dövrdə ateist belə olduğunu deyə bilərik. Ancaq Viktoriya dövründə bir çox ziyalı kimi, o da İslam mədəniyyətinə heyran idi”.
Çörçillin İngiltərə ordusunda xidməti zamanı Sudanda və Krım müharibəsində İslam mədəniyyətini yaxından müşahidə etmək imkanı olduğu bildirilir. Bundan əlavə, Çörçillin “Kaş Osmanlı imperiyasında paşa olaydım”- dediyi də məlum olub.
Qeyd edək ki, 1965-ci ildə 90 yaşında dünyasını dəyişən Uinston Çörçill 1940-1945 və 1951-1955-ci illərdə İngiltərənin Baş naziri olub.
“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.”
Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə