Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Cümə namazını Ağ Evin qarşısında qıldılar – VİDEO

Fevral 14
15:41 2015

İbadətdə 200 mömin iştirak edib və öldürülən müsəlman gənclər üçün dualar oxunub.

ABŞ-ın paytaxtı Vaşinqtonda prezidentin rəsmi iqamətgahı Ağ Evin qarşısında cümə namazı qılınıb.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Cümə namazının təşkilatçıları bu addımları ilə diqqəti bir neçə gün əvvəl ateist tərəfindən qətlə yetirilən 3 günahsız müsəlmanın ölümünə cəlb etməyə çalışıblar.

Havanın kəskin soyuq olmasına baxmayaraq, kütləvi ibadətdə 200 mömin iştirak edib və öldürülən 3 müsəlman üçün dualar oxunub.

Orada açıqlama verən təşkilatçılar ABŞ-da müsəlmanların özlərini təhlükəsizlikdə hiss etmədiklərini, islamafobiyanın təhlükəli səviyyəyə çatdığını bildirərək, 3 müsəlmanın ölümünün “nifrət cinayəti” çərçivəsində araşdırılmasını tələb ediblər.

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir”. (Quranİ-Kərim, “Mucadilə” surəsi, 20-21-ci ayələr)

Digər xəbərlər