Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dağıstan prezidenti: İŞİD-ə qoşulmaq üçün 643 nəfər ölkədən gedib

Dekabr 24
18:41 2015

“İŞİD terror xəvaric qruplaşması sıralarında döyüşmək üçün 643 Dağıstan sakini respublikanı tərk edib”.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə respublika başçısı Ramazan Abdulatipov “Vedomosti” qəzetinə müsahibəsində deyib.

R. Abdulatipov qeyd edib ki, insanların İŞİD terror xəvaric qruplaşmasına qoşulması hazırda Dağıstanın başlıca problemi olaraq qalır: “Hər rayonda antiterror komissiyası fəaliyyət göstərir. Məscidlərdə, bütün inzibati mərkəzlərdə silahlı qruplarla əlaqəli olmaqda şübhəli bilinən insanlarla bu barədə söhbətlər aparılır”.

Dağıstan prezidenti, həmçinin bildirib ki, Milli Antiterror Komitəsinin iclasında terrorçuların sırasında döyüşməyə gedənlərin pasportdan məhrum edilməsi ilə bağlı təklif verib.

“Biz bu insanlarla mübarizə aparmaq üçün köklü dəyişikliklər etməliyik”, – deyə respublika başçısı əlavə edib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər