Dağıstanda namaz otaqları olan dayanacaqlar tikilir- FOTO
4. 644 dəfə baxılıb
Dağıstanın Xunzaxa rayonunda namaz otaqları ilə təhciz olunmuş dayanacaqların tikintisinə başlanılıb. Bu otaqlarda eyni anda 3 nəfər rahatlıqla namaz qıla bilər. Görünüşünə görə yeni dayanacaqlar qədim qüllələri xatırladır.
Rayon icra hakiminin müavini Şamil Ammayevin sözlərinə görə, belə dayanacaqlarda müsəlmanlar avtobus gözləməklə yanaşı, vaxtı çatan namazlarını da qıla biləcəklər.
Selefxeber.az– ın “РИА «Дагестан»“- a istinadən xəbərinə görə, bütün rayon üzrə bu tip dayanacaqlardan 10 ədədinin tikilməsi nəzərdə tutulub. Hələki dayanacağın biri istifadəyə verilib və ikincisinin tikintisi davam edir. Əğər yerli əhalinin namaz otaqları ilə təhciz olunmuş yeni dayanacaqlara təlabatı artarsa, onların sayının artırılması da nəzərə alınıb.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim rəvayət etmişdir: 4\ 2074\ № 2699)