Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Daha bir ölkə Fələstini dövlət kimi tanıdı

Dekabr 23
17:59 2015

Yunanıstan parlamenti Fələstini dövlət olaraq tanımağa qərar verib.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, parlamentin dünən keçirilən özəl sessiyasında spiker Nikos Vuçisin Fələstinin dövlət olaraq tanınması ilə bağlı verdiyi tövsiyə qərarı yekdilliklə qəbul edilib. Səsvermə prosesini Yunanıstanın Baş naziri Aleksis Tsiprasla yanaşı, Fələstin dövlət başçısı Mahmud Abbas da izləyib.

A. Tsipras M. Abbasla görüşdən sonra verdiyi açıqlamada, ölkəsinin Fələstini dövlət olaraq tanıyacağını və rəsmi yazışmalarda “Fələstin hakimiyyəti” yerinə “Fələstin” ifadəsini istifadə edəcəyini bildirib. Səsvermədən sonra parlamentdə çıxış edən M. Abbas bütün dövlətləri Fələstini müstəqil dövlət kimi tanımağa və İsrail-Fələstin münaqişəsinin həllini “iki dövlət” prinsipi əsasında həllini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Yunanıstan parlamentinin bu qərarı hökumətə tövsiyə xarakteri daşıyır.

Daha əvvəl Böyük Britaniya, İrlandiya, Fransa parlamentləri də oxşar qərarlar qəbul edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər