Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Daha bir ölkə qondarma erməni “soyqırımı”nı tanıyıb

May 07
15:22 2015

Lüksemburq parlamenti qondarma erməni “soyqırımı”na dair qanun layihəsini qəbul edib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Baş nazir Əhməd Davudoğluna Osmanlı erməniləri üçün yayımladıqları başsağlığı mesajlarına görə təşəkkür edilən qanun layihəsində Türkiyə hökuməti keçmişi ilə üzləşmək mövzusunda cəsarətli olmağa dəvət olunub.

Lüksemburq parlamentinin yaydığı bəyannamədə Osmanlı torpaqlarında yaşayan ermənilərə 1915-ci ildən sonra edilən faciəvi hadisələrin bir soyqırım meydana gətirdiyi vurğulanıb.

Qeyd edək ki, Lüksemburq qondarma erməni “soyqırımı”nı tanıyan 22-ci ölkədir.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)

“Haqq – Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdur. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər