Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Daha bir Rusiya təyyarəsi Sudanda qəzaya uğrayıb – VİDEO

Noyabr 04
19:21 2015

“Röyters”: “Daha bir Rusiya təyyarəsi qəzaya uğrayıb, 40 nəfərin meyiti tapılıb”.

Cənubi Sudanın paytaxtı Cubada An-12 yük təyyarəsi qəzaya uğrayıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, yerli KİV təyyarənin göyərtəsində 12 nəfərin olduğunu yazıb.

Biri körpə olmaqla, iki nəfər sağ qalıb.

“Röyters”in məlumatına görə, təyyarə Cuba aeroportundan havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Agentliyin məlumatına görə, təyyarənin hissələri aeroport yaxınlığında Nil sahillərinə düşüb. Şahidlərin sözlərinə görə, təyyarənin qəzaya uğradığı ərazidə təxminən 40 nəfərin meyiti aşkarlanıb.

Cənubi Sudanın prezidenti də qəza faktını təsdiqləyib. Prezidentin nümayəndəsi isə təyyarənin göyərtəsində 20-dək adam olduğunu istisna etməyib.

Rusiyanın Uqandadakı səfirliyindən isə bildiriblər ki, təyyarə qəzası ilə bağlı araşdırmalar aparılır. Ekipaj üzvlərinin Rusiya vətəndaşlarından ibarət olduğu deyilir.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)

Digər xəbərlər