Daha bir terror “xilafəti” elan edildi
Avqust 25
20:29
2014
1. 248 dəfə baxılıb
“Sələf Xəbər” interpress.az-a istinadla xəbər verir ki, “Boko haram” radikal qruplaşmasının lideri Əbubəkir Şekay Nigeriyanın şimal-şərqindəki özünü xəlifə, Quoz şəhərində isə “islam xilafəti” yaradıldığını elan edib.
Avqust ayında “Boko haram” ekstremistləri ölkənin şimalında bir neçə yaşayış məntəqəsini ələ keçirməyə nail olublar. Quozla yanaşı, Damboa və Buni Yadi də onların əlindədir.
“Boko haram” qruplaşmasının yaraqlıları artıq bir neçə ildir ki, hakimiyyətə qarşı faktiki müharibə aparırlar.
Ötən beş ildə 10 mindən çox insan onların törətdikləri terror aktlarının qurbanı olub.