Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Daily Mail: İŞİD terror xəvaric qruplaşması əsirlərin orqanlarını satır

Dekabr 22
15:20 2014

İŞİD terror xəvaric qruplaşması həkimlərdən nəinki ölmüş silahlıların, həmçinin uşaqlar da daxil olmaqla sağ əsirlərdən orqanlarını çıxarmağa məcbur edirlər.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Daily Mail iraqlı həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar insan orqanlarının satışından böyük mənfəət əldə edirlər. Orqanların çıxarılması İraqın şimalında İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan Mosul şəhərinin xəstəxanalarında həyata keçirilir.
“Əməliyyatlar xəstəxanalarda keçirilir, orqanlar qara bazara çıxarılaraq satılır. Orqanlar nəinki ölmüş silahlılardan, həmçinin yaralı və sağ əsirlərdən də götürülür”, – deyə “Əl Monitor news” nəşrinin hazırladığı hesabatda qeyd olunur.

Hesabatda, həmçinin, İŞİD silahlılarının Əfqanıstanda istehsal olunmuş heroinin qaçaqmal yolu ilə Avropaya çatdırılmasını təmin etdikləri bildirilir. Belə ki, hesabatın müəllifləri Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinə istinadən iddia edirlər ki, İŞİD terror xəvaric qruplaşması Əfqanıstan heroininin Avropaya tədarükünün yarısını təmin etməklə böyük məbləğdə gəlir əldə edir.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə).

Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabırçılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (Allahın ona salavat və salamı olsun) ilə müharibəyə başlayır. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər