Danimarkada bir qisim müsəlman ölkəni tərk etmək niyyətindədir
957 dəfə baxılıb
“Müsəlman miqrantlar barədə debatlar səngimək bilmir. Və mən düşünürəm ki, heç vaxt səngiməyəcək də”.
“Opinionen” jurnalının keçirdiyi rəy sorğusuna əsasən, türk mənşəli danimarkalıların 2/3-si Danimarkanı tərk eləməyə hazırdır.
“Sələf Xəbər”-in Avropa.info-ya istinadən verdiyi xəbərə görə, respondentlər səbəbi son vaxtlar müsəlman ölkələrindən gəlmələrlə bağlı ictimai müzakirələrin artması ilə əlaqələndiriblər.
“Müsəlman miqrantlar barədə debatlar səngimək bilmir. Və mən düşünürəm ki, heç vaxt səngiməyəcək də. Siyasətçilər və media personaları bu cür söhbətlərlə elə təəssürat yaradırlar ki, miqrantlar Danimarka cəmiyyətinə uyğunlaşmayacaqlar”,- deyə Pakistan əsilli danimarkalı, Danimarkada doğulsa da bu ölkəni tərk eləmək istəyən 23 yaşlı Mariya Əhməd bildirib.
Sorğunun nəticələrini şərh edən inteqrasiya məsələləri üzrə məsləhətçi Qans Lassen ölkəni tərk eləmək istəyənlərin belə böyük sayda olmasının onun üçün gözlənilməz olduğunu söyləyib.
“Sözsüz ki, Danimarka cəmiyyəti Türkiyə kimi başqa ölkələrdən gələn insanları qəbul eləmək iqtidarında deyilsə, bu – problemdir. Bu rəqəmlər narahatlıq doğurmalıdır”, – deyə sosioloq qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)
“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax, buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsl müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.
Bu ayədə Allah bildirir ki, Onun qulları düşmənləri və aclıq qarşısında qorxu hissi ilə sınaqdan keçirlər, özü də bu zaman qorxu və aclıq çox cüzi olur, çünki əks halda, möminlər həlak ola bilərlər. Lakin onların qismətinə düşən sınaq onları məhv etməyə deyil, onların sıralarını təmizləməyə yönəldilir.”