Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Danimarkada donuz əti yeyənlərin kiçik qələbəsi

Yanvar 26
16:27 2016

Bu günlərdə Danimarkanın Randers şəhərində milliyyətçi Danimarka Xalq Partiyasının donuz əti yeyən üzvləri öz kiçik zəfərlərini qeyd edirlər. Belə ki, onlar bu şəhərin bütün restoran və yeməkxana menyularında donuz ətinin mütləq olması haqqında qanun qəbul edilməsinə nail olublar. Donuz əti tərəfdarları “Danimarka mədəniyyəti”ni “islamlaşmaqdan” qorumaq uçün belə bir qanuna ehtiyac olduğunu bildiriblər.

Xatırladaq ki, 2013-cü ildən başlayaraq danimarkalılar belə bir məsələni tez-tez gündəmə gətirərək menyularında donuz əti olmayan restoran və yeməkxanaları “Danimarka mədəniyyəti”nə hörmətsiz yanaşdqları üçün dəfələrlə ittiham ediblər.

Onu da qeyd etmək lazımdır ki, bu cür çıxışlar müsəlmanların gözündə acizlik nümayişindən başqa bir şey deyil. Çünki, Avropanın əksər restoran və yeməkxanalarında hər bir müsəlmanın rahatlıqla seçib yeyə biləcəyi vegeterian və balıq yeməkləri vardır.

Eləcə də, bu cür “millətçi” ruhlu insanların mübarizə məqsədinin əsasında ailə və din yox, məhz donuz duruduğuna görə onlara ancaq yazığımız gəlir.

Mənbə: “Qolos İslama”

Sələf Xəbər: Əslində həm İslam şəriətində, həm də əvvəlki dinlərdə: yəhudilikdə və xaçpərəstlikdə donuz və sərxoşedici içkilər haram edilmişdir. Lakin sonradan xüsusi təhrifə məruz qalmış xaçpərəstlik öz dini köklərindən uzaq düşmüş, vaxtilə onlara haram edilmiş qidaları halal etmişlər. Uca Allah onların şəriətlərini təhrif etməsini bu ayələri ilə təsdiq edir: “Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” – deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!” (əl-Bəqərə surəsi, 79-cu ayə).
Qurani-Kərimdə bu deyilənləri təsdiq edən ayələr çoxdur. Bir tərəfdən dinləri təhrif edilmiş, digər tərəfdən özləri tərəfindən dinləri tərk edilmiş xristianlar guya bu yolla dinlərini qoruyurlar. Ən yaxşı halda həftədə bir dəfə kilsəyə gedən xristian, əlbəttə öz dinini qorumaq üçün “donuz”dan istifadə edəcək.
Lakin bu düşmənçiliyə baxmayaraq biz örnək aldığımız Peyğəmbərimizin (Ona Allahın salavatı və salamı olsun) həyatına baxdıqda, onun da bu və daha kəskin düşmənçiliyə məruz qaldığını görürük. Amma Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) bütün bunlara ən gözəl tərzdə: dəlil-sübut və dialoq yolu ilə cavab verirdi. Biz də bu gün onun sələfi olaraq eyni üsullardan istifadə etməliyik. Axı müxalifləri dəvət etmək, onları dəlil-sübutla susdurmaq, dialoq qurmaq ən böyük cihaddır. Uca Allah Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) məkkə müşrikləri ilə apardığı diskussiyanı böyük cihad adlandıraraq demişdir: “(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et!” (əl-Furqan surəsi, 52-ci ayə).

Digər xəbərlər