Danimarkada İncil və Quranı yandıranların cəzalandırılmasını nəzərdə tutan qanun ləğv olunub
1. 051 dəfə baxılıb
Danimarka parlamenti dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunu ləğv edib və bundan sonra ölkədə İncil və Quranı yandıranlar məsuliyyətə cəlb olunmayacaqlar.
Selefxeber.az-ın məlumatına görə, “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qanun 1683-cü ildə qəbul edilib.
İnformasiyaya əsasən, krallığın parlament üzvləri dinin bu və ya başqa aşkar fikirlərdən müdafiəsi üçün xüsusi qanunun mövcudluğuna ehtiyac olmadığını bildiriblər.
Bildirilib ki, Danimarka Skandinaviya ölkələri arasında dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunun qaldığı yeganə dövlət idi. Bu əməli törədənlər ya 4 ay azadlıqdan məhrum edilir, ya da pulla cəzalandırılırdı.
“Din nəyə icazə verildiyini və ya nəyin qadağan olunduğuna hökm etməməlidir. Bu cəmiyyətdə ədalətsizliyə yol açır”, – deyə qanun ləğvini təklif edən deputat Bruno Cepar vurğulayıb.
Məlumata görə, 2015-ci ildə Quranın yandırılmasının video-çarxını “Facebook” sosial şəbəkəsində paylaşdığı üçün ittiham olunan danimarkalı barəsində məhkəmə prosesi dayandırılıb. Onun məhkəməsi bu həftə davam etdirilməliydi.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd).
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.