Danimarkada müsəlman qəbirləri dağıdılıb – FOTO
780 dəfə baxılıb
Danimarkanın Odense şəhərində yerləşən müsəlman məzarlığına hücum olub.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, naməlum şəxslər 50-yə yaxın qəbri məhv edib. Məsələyə Ədliyyə naziri Sören Pind münasibət bildirib.
O, “Tvitter” hesabında məzarlığa hücum çəkən şəxslərə çağırış edərək hadisəni pisləyib:
“Bunu dayandırın. Danimarka olaraq belə bir yolla getmək istəmirik”.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir, və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir.Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.