Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Danimarkanın Türkiyə barədə təklifi

Avqust 26
15:13 2015

Radikal sağçı Danimarka Xalq Partiyası hökumətdən qaçqın axınının dayandırılması üçün Türkiyəyə təzyiq edilməsini tələb edir.

“Sələf Xəbər” Avropa.infoya istinadən məlumat verir ki, İqtidardakı liberal partiya isə qaçqınların Türkiyədə qalması üçün bu ölkəyə iqtisadi yardımın göstərilməsinin vacib olduğunu bildirib.

Danimarka Xalq Partiyasının xarici əlaqələr üzrə nümayəndəsi Martin Henriksen TV2 kanalına verdiyi müsahibəsində qaçqın axınının dayandırılması üçün hökumətin Xarici İşlər naziri vasitəsilə Ankaraya təzyiq etməsini tələb edib.

Danimarkanın Xarici İşlər naziri Kristian Jensen müxalifətin təzyiqlərinə cavab verərək hazırkı vəziyyətin olduqca çətin olduğunu etiraf edib:

“Avropa bu gün XXI əsrin ən böyük qaçqın axınını yaşayır. Dünyada o qədər kasıb insan var ki, həyatlarını qurtarmaq üçün Avropaya axın edir. Bizim gördüyümüz yalnız buz dağının təpəsidir. Bu insanları öz ölkələrində saxlamağımız lazımdır. Bunun üçün Avropa ölkələri olaraq bir fond yarada bilərik. Bəlkə mən vəzifə müddətimdə bunu görmərəm, ancaq bizim uşaqlarımız bunun bəhrəsini görəcək”.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Digər xəbərlər