Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Davudoğlu: “Rusiya Suriyada humanitar cinayət işlədir”

Fevral 05
16:28 2016

“BMT Təhlükəsizlik Şurası Hələbdəki bu insani fəlakətə görə sorumlu olacaq”.

Londonda keçirilən Suriya konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanı qətliamda ittiham edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Davudoğlu Rusiyanın Hələbdə qətliam törətdiyini deyib.

“Türkiyədən Hələbə gedən humanitar yardım dəhlizi artıq işğal olunub. Hələbdə insanların ehtiyac duyduğu hər şey bu dəhlizdən gedirdi. Orada 300 min insan var ki, hazırda çox acınacaqlı durumdadır. Hazırda bu insani yardım dəhlizi işğalçı rusların və rejim əsgərlərinin işğalındadır.

Bu gün Hələbdə baş verənlər daha əvvəl Madayada baş vermişdi. Orada insanlar mühasirə ilə əlaqədar olaraq aclıqdan öldülər. Mühasirə etmək yolu ilə insanı aclıqdan ölməyə məhkum etmək orta əsr düşüncəsidir. Açılış iclasımızdan bu yana Türkiyəyə Suriyadan 10 min yeni qaçqın gəlib və 30 min nəfər də hazırda yoldadır. Çünki Türkiyə onlar üçün təhlükəsiz bir yerdir. Rus döyüş təyyarələrinin hücumlarından qaçırlar. Rusiya isə Hələbdə yaşayan Suriya vətəndaşlarını bombalayır. Türkiyədən Hələbə gedən bu dəhliz tamamilə kəsilsə, hamımız, BMT Təhlükəsizlik Şurası Hələbdəki bu insani fəlakətə görə sorumlu olacaq. Rusiya Suriyada humanitar cinayət işlədir”.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər