Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Deportasiya olunmuş uyğurlar radikal dini dəstələrə qoşulur

İyul 13
16:21 2015

Tailanddan Çinə deportasiya olunmuş 100-dən çox uyğur radikal dini dəstələrə qoşulmaq üçün Yaxın Şərqə yola düşüb.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, Çinə aparılan uyğurlar başlarına torba keçirilmiş halda polis əməkdaşlarının müşayiət ilə göndərilib. BMT, ABŞ və hüquq müdafiəsi təşkilatları uyğurların Tailanddan Çinə deportasiyası edilməsinə öz etirazlarını bildiriblər.

Bir çox rəsmi qurum isə uyğurların rəsmilər tərəfindən təqibə məruz qaldığını düşünərək Sinzyn vilayətindən qaçmaq istədiyini düşünür.

Sələf Xəbər: Bütün zamanlarda dindarlar İslamın və Allahın peyğəmbərlərinin şərəfini müdafiə etməyə borcludurlar ki, bu şəkildə Allaha öz həqiqi sevgilərini sübut etsinlər. Axı Uca Allahın qədəri ilə İslama və müsəlmanlara qarşı böyük nifrət bəsləyən insanlar həmişə mövcud olub və mövcud olacaqlar.

Lakin müsəlmanlar İslamın düşmənlərinin bu düşmənçiliyinə və nifrətinə necə reaksiya verməlidir? Onlar da müqavilə ilə bağlı olduqları qeyri-müsəlmanlara qəsd edərək onlara eyni haqsızlıqla cavab verməlidir? Və ya nümayişlər keçirib və insanların mülkiyyətlərini və əmlakını dağıtmalıdır?

Həqiqətdə, bütün bu qırğınlar və anarxiyanın həqiqi İslamla heç bir əlaqəsi yoxdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim sülh müqaviləsi bağlanmış qeyri-müsəlmanı öldürərsə, Cənnətin qoxusunu belə duya bilməz”. (Əl-Buxari)

Axı Uca Allah Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müsəlmanlara belə deməsini əmr edir: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 31-ci ayə)

Şübhəsiz, müsəlmanlar bütün mümkün səmərəli səyləri qoyaraq İslamın və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şərəfini və adını müdafiə etmək üçün bütün qanuni metodlardan istifadə etməyə borcludur.

Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Digər xəbərlər