Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dərbənddəki terroru İŞİD törədib

Fevral 16
18:06 2016

Hadisə nəticəsində iki nəfər ölüb.

İŞİD terror xəvaric qruplaşması Dağıstanda baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın Qafqaz üzrə “bölməsinin” “Tvitter” hesabında yerləşdirilən məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, İŞİD terror xəvaric qruplaşması döyüşçülərindən biri partlayıcı maddə ilə təchiz olunmuş avtomobili Dərbənd rayonu Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında partladıb.

Qeyd edək ki, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, polis və mülki şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun, iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər