“Dərhal tərk edin, əks halda…” – Moskvadan ULTİMATUM
İyul 06
18:16
2017
1. 900 dəfə baxılıb
Rusiya PYD terror təşkilatına Afrini tərk etməsi ilə bağlı ultimatum göndərib.
Selefxeber.az “Axar.az”a istinadən xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, adı açıqlanmayan bir rus rəsmisinin PYD üzvlərinə “Təcili şəkildə Afrini tərk edin! Çünki türk ordusunun Afrinə hücumuna müdaxilə etməyəcəyik” dediyi bildirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yaxın günlərdə YPG-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə böyük əməliyyat təşkil edəcəyi gözlənilir.