Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dini lider məktəblilərin hicabının müdafiə edilməsini xahiş edib

Fevral 04
17:31 2015

Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin qızların məktəbə ənənəvi müsəlman örtüyündə, yəni hicabla gəlmək haqqını qorumaq xahişi ilə ölkə rəhbərliyinə məktub göndərib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə qurumun mətbuat xidmətindən bildiriblər.

Fevralın 11-də Ali Məhkəmə müsəlman məktəblilərin valideynlərinin Mordoviya məktəblərində baş örtüyünə qoyulan qadağa ilə bağlı şikayətlərinə baxacaq. Bu, Ali Məhkəməyə ilk belə müraciət deyil: 2013-cü ilin yayında Rusiya Ali Məhkəməsi Stavropol diyarı məhkəməsinin müsəlman məktəblilərin dərslərə baş örtüyü ilə gəlmələrinə dair qərarını ləğv etməkdən imtina edib.

Sənəddə deyilir: “Gettoda və ya xüsusi müəssisələrdə deyil, ümumi məktəblərdə öz yaşıdları ilə birlikdə oxumağı və ünsiyyət saxlamağı arzu edən qızlara görə ürək ağrıyır. Axı, onlar cəmiyyətə faydalı olmağa, işçi və alim, həkim və pedaqoq olmağa çalışırlar. Onlar müxtəlif millətlərdən və dinlərdən olan yaşıdları ilə ünsiyyət saxlamaq və dostluq etmək istəyirlər. Avrasiya sivilizasiyasının çoxrəngli palitrası daim belə olub”.

 Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)

Digər xəbərlər