Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Diqqətli olun: Xristian missionerlərin tələsinə düşə bilərsiniz – FOTO

Avqust 10
16:09 2017

Missioner təşkilatların nümayəndələri xüsusən İrandan Azərbaycana gələn turistlərə fləş-kart və telefonlar üçün mikro yaddaş kartı hədiyyə verirlər.

Selefxeber.az xəbər verir ki, bütün bunları “ölkə.az”ın əməkdaşı izləyib.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartının turistlərə verilməsi diqqətdən yayına bilməzdi. İranlı turistlərdən xahiş edib fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarına baxdıqda isə məlum olur ki, bu xristianlığın dini sektalarından birinə məxsus təbliğat vasitələridir. Turistlərə verilən fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içərisində “musiqi parçaları var” deyilsə də, əslində, müxtəlif dillərdə – Azərbaycan, fars, kürd, ingilis dillərində dinə çağırışlar yer alıb.

207508841294953450632367950009332npng

Maraqlıdır ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarının içərisində olan səs yazılarını silmək mümkün olmur. Kimsə onu götürüb, “İçindəkini silərəm, hazır fləş-kart və telefonlar üçün mikro yaddaş kartıdır” deyərsə, yanılar. Onları silmək üçün mütləq peşəkar kompüter mütəxəsislərinə müraciət etməlidir.

207512531294953617299017133655304njpg

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartını turistlərə hədiyyə edənlərdən hansı təşkilata məxsus olduqlarını soruşduqda isə heç bir cavab vermədən uzaqlaşıblar.

2073133712949536572990131410993248njpg

Digər xəbərlər