Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dubayda otellər İslam şərtləri üzrə xidmət göstərəcək

Aprel 03
17:18 2017

Dubay şəhər bələdiyyəsi İslam şərtlərinə uyğun olaraq otellərin idarə edilməsi üçün standartlar hazırlayıb. Bu standartlara yerli qaydalara əsaslanan tələblər və təlimatlar daxildir.

Selefxeber.az-ın “Khaleej Times” – a istinadən xəbərinə görə, Dubay şəhər bələdiyyə nümayəndəsi bildirib ki, qəbul olunmuş qərar ölkənin hüquqi və mədəni dəyərlərini nəzərə alaraq tətbiq ediləcək. Bütün bunlara inşaat standartları, otellərin inzibati və xidmət sistemi, xüsusilə də istismar sahəsinə aid olan yeyəcək və içəcəklər, geyim, ibadət otaqları, ödəmə əməliyyatları, səhiyyə xidmətləri aiddir.

Bundan əlavə, otellərin dizaynı İslam sənət və xəttatlığını özündə cəmləyən memarlıq üslubu vasitəsilə BƏƏ-nin milli-mədəni xüsusiyyətlərini əks etdirəcək. Bu qərar əmirliyin iqtisadiyyatında əsas rol oynayan turizm sahəsində islamın inkişafına dəstək olacaq.

“Bütövlükdə bir ölkə kimi BƏƏ-nin, xüsusilə də Dubay şəhərinin bütün sosial qrupların müxtəlif ehtiyaclarına cavab verən müxtəlifyönümlü iqtisadiyyatı vardır. Buna görə də, mövcud infrastruktur və inkişaf etmiş texnologiyalar sayəsində Dubay şəhəri islam iqtisadiyyatını inkişaf etdirmək bacarığına malikdir” – deyə, bələdiyyə nümayəndəsi Al-Mulla qeyd edib.

Digər xəbərlər