Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dubayda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Fevral 26
10:29 2015

Azərbaycanın Baş Konsulluğu Dubayda və Şimal Əmirliklərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib.

“Sələf Xəbər”in Vesti.az-a istinadən məlumatına görə, tədbirdə çıxış edən Baş Konsul Pərviz İsmayılzadə Xocalı soyqırımını dünya tarixinin ən faciəli səhifələrindən biri adlandırıb və 613 nəfər dinc azərbaycanlının qətlə yetirilməsi barədə xatırlatma edib.

Tədbirdə Türkiyənin Baş Konsulu Ozan Ərdəm çıxış edərək qeyd edib ki, Türkiyədə də “Xocalıya Ədalət” kampaniyası dəstəklənir.

Sonra tədbir iştirakçılarına “Xocalı faciəsi” filmi İngilis dilində təqdim olunub.

 Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər