Dünya KİV-ləri Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən şəkildən imtina edib
1. 181 dəfə baxılıb
Dünya KİV-ləri Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən şəkildən imtina edib.
“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, müsəlmanların hisslərinə toxunmamaq üçün Amerikanın çoxsaylı Kütləvi İnformasiya Vasitələri Fransanın “Charlie Nebdo” və digər qəzetlərində dərc olunan karikaturanı nəşr etməkdən imtina edib.
Amerikanın “CNN” şəbəkəsi “Charlie Nebdo” jurnalının nəşr etdiyi Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturası olan üzünü göstərmək xəbərlər şəbəkəsinin siyasətinə zidd olduğunu bəyan edib.
Aparıcı belə qeyd edib: “SNN Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) rəsmi olan yeni nəşrdən bəhs etməyəcəkdir. Çünki siyasətimiz Rəsulu (Allahın ona salavat və salamı olsun) təhqir edən rəsmin göstərilməsinin əksinədir”.
Jurnala olan hücumdan bir həftə sonra, adətən, ən çox 60 min nüsxə çap edən qəzet bu dəfə İngilis, Türk və İspan dili ilə yanaşı bir neçə dilə də tərcümə edərək 3 milyon nüsxə dərc etdi.
“AP” agentliyi də öz siyasətinə görə istehza edən şəkillərin, o cümlədən də, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şəkillərinin çap edilməsinin lazım gəlmədiyini vurğulayıb.
“New York Times” qəzeti də yalnız şəklin məzmununu nəşr edəcəyini bildirib.
“NBC” xəbərlər şəbəkəsi də təhqir edən və ya həssas olan ünvanların və rəsmlərin göstərilməsindən imtina edəcəyini bəyan edib.
Həmçinin, “CNBC”, “MSNBC”, “ABC”, “Huffington Post” və Business İnsider” şəbəkələri də eyni qərarları verib.
Bunun əksi olaraq isə Avropadan Avstraliyaya qədər olan dünyanın bir neçə qəzetləri “Charlie Nebdo” nun qalan işçilərini özündə yerləşdirən və Fransanın solçularının sayılan “Liberasyon” qəzetinin ofisində çap olunan bu xüsusi nüsxəni dərc ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. Allah (əzəldən) belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.” (Qurani-Kərim, “Mucadilə” surəsi, 20-21-ci ayələr)