Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünya məşhuru müsəlman olur

Dekabr 29
15:37 2014

İrlandiyalı məşhur aktyor müsəlman olur. Aktyor bu qərarını İstanbula səfərindən sonra verib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, irlandiyalı Liam Nison “The Sun” qəzetinə verdiyi açıqlamasında müsəlman olmağı düşündüyünü deyib.

O, İstanbula səfəri zamanı İslam dinindən çox təsirləndiyini deyib: “İslam dininin insanı özünə çəkən özəlliyi var. Müsəlmanların dua etməsi insanın ruhunu oxşayır. Gündə beş dəfə dua etmək üçün əzan verilir. İlk həftə bu vəziyyətə alışmasanız da, sonradan bu səs sizin ruhunuzun dərinliklərinə yol tapır. Bunun dünyanın ən gözəl şeyi olduğunu başa düşürsünüz”.

62 yaşılı aktyor deyib ki, hər dəfə öz-özünə bu dünyaya niyə gəlməsi haqda suallar verirmiş.

İstanbulda 4 mindən çox məscidin olduğunu deyən aktyor bəzi məscidlərin görünüşünün belə İslamı qəbul etmək üçün yetərli olduğunu söyləyib.

Qeyd edək ki, məşhur aktyor 1952-ci ildə Şimali İrlandiyada anadan olub. Dəfələrlə “Oskar” mükafatına namizəd olaraq göstərilib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)

“Uca Allah bildirir ki, İslam – yeganə dindir, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər