Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünya müharibələr və münaqişələrlə doluymuş

Mart 23
19:46 2015

“Sələf Xəbər” “ər-Riyad” qəzetinə istinadən xəbər verir ki, beynəlxalq münaqişələrin tədqiqatı üzrə araşdırma aparan Almaniyanın Heidelberg institutu deyib ki, yer üzündə baş verən müharibələrin sayı keçən il 20-dən 21-ə qalxıb.

İnstitutun araşdırmasına görə, bu artımın bəsit olmasına baxmayaraq, dünyada daha böyük təsir qoyub. Belə ki, bu 2013-cü ilin müharibələrinə nisbətdə daha çox dövlətlərə təsir edib.

İnstitutun tədqiqatçıları deyir ki, ümumilikdə isə dünya müstəvisində 424 siyasi çəkişmə vardır. Bu keçən əsrin 90-cı illərindən yaranan institutun indiyə qədər dediyi ən yüksək rəqəmdir və araşdırma xəbər verir ki, həmin çəkişmələrdən 46-sı isə olduqca zorakı şəkildədir.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər