Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Dünya ölkələri terrorçuluqla birgə mübarizə strategiyası hazırlayacaq

Sentyabr 16
13:24 2014

“Sələf Xəbər” Asharq Al-Awsat qəzetinə istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) xarici işlər nazirləri, o cümlədən Misir, İraq, İordaniya, Livan, Türkiyə və ABŞ nümayəndələri regional terrorçuluq və ekstremist ideologiyalarını müzakirə etmək üçün Ciddədə görüşüblər.

Görüşün nəticəsi olaraq, region və dünya ölkələri terrorçuluğun səbəb olduğu təhlükəyə qarşı birləşməyi öz öhdəliklərinə götürüblər. Rəsmi Vaşinqton, Suriyada havadan hücuma icazə vermək məsələsi də daxil olmaqla, “İraq və Şam İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşması ilə mübarizə aparmaq üçün öz səylərini artıracağını bəyan edib.

Görüşdən dərhal sonra ölkələr, özünü eyni zamanda “İslam Dövləti adlandıran” (İŞİD) terror xəvaric qruplaşması da daxil olmaqla, bütövlükdə terrorçuluğun regiona və dünyaya qarşı törətdiyi təhlükə ilə mübarizədə birləşmək öhdəliyini özündə əks etdirən razılaşma imzalayıblar.

Regional və beynəlxalq liderlər yeni inklüziv İraq hökumətinin formalaşdırılmasına çağıraraq, İŞİD-lə mübarizə aparmaq üçün İraq sakinlərini birləşdirmək uğrunda səyləri dəstəkləyəcəklərini öz öhdələrinə götürüblər.

ABŞ, Körfəz və Ərəb ölkələri qonşu ölkələr vasitəsilə əcnəbi döyüşçülərin axınının, İŞİD və digər terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması, ifratçı cihad ideologiyasının rədd edilməsi, insanları terrorçuluğa təhrik edənlərin məsuliyyətə cəlb olunması və humanitar yardımın göstərilməsinə kömək etmək məsələləri də daxil olmaqla, terrorçuluqla mübarizə aparmaq istiqamətində bir sıra mühüm fəaliyyətlər həyata keçirməyə razılaşıblar. Razılaşmaya müvafiq olaraq, region ölkələri həmçinin zərurət halında İŞİD-ə qarşı koordinasiya edilmiş hərbi əməliyyatlara qoşulmağa razılıq veriblər.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Şahzadə Səud əl-Feysəl və ABŞ Dövlət Katibi Con Kerri regional görüşdən sonra birgə mətbuat konfransı keçirərək terrorçuluğun səbəb olduğu qlobal təhlükəni müzakirə ediblər. Şahzadə Səud əl-Feysəl bildirib: “Hər iki Müqəddəs Məscidin himayədarı olan Kral Abdullah bin Əbduləziz əl-Səudun daim haqqında bizə xəbərdarlıq etdiyi təhlükə regionda ciddi şəkildə artır.

Nazir Ciddə görüşünü regional və beynəlxalq nümayəndələrin bir sıra mühüm məsələləri müzakirə etməsinə şərait yaradan uğurlu bir tədbir adlandırıb: “Bugünkü görüş terrorçuluq məsələsini bütövlükdə müzakirə etmək və onun köklərini və səbəblərini araşdırmaq üçün yaxşı bir imkan idi. Görüşdə terrorçuluqla hərbi əməliyyatlar, təhlükəsizlik tədbirləri və kəşfiyyat xidməti, həmçinin iqtisadi, maliyyə və intellektual vasitələrlə birgə mübarizə aparmaq təşəbbüsü göstərildi.

Görüş zamanı Liviya, Livan, Suriya, İraq və Yəmənə təsir edən terrorçuluqla mübarizə aparmaq məqsədilə, bir ölkənin fəaliyyəti ilə məhdudlaşmayan, strateji, hərtərəfli vasitələr araşdırıldı. Adı çəkilən ölkələr bu təşkilatlar və şəbəkələr üçün təhlükəsiz bir sığınacağa çevrilib”.

Con Kerri isə bu görüşün ən vacib vaxtda və ən vacib iştirakçılardan təşkil olunduğunu təsdiqləyib.

“Bu gün burada təmsil olunan hər bir ölkə İŞİD-in terrorçuluq qabiliyyətinin məhv edilməsi yolunda göstəriləcək fəaliyyətdə mühüm rol oynayacaq. Əgər biz bu imkandan yararlansaq, gördüyümüz işlər əməkdaşlıq üçün bir model ola bilər. Ola bilsin ki, bu hətta ekstremizmlə mübarizə aparmaq və onu təcrid etmək üçün bir modelə çevrilsin. Biz inanırıq ki, hər bizimiz bu məsələ ilə məşğul olmalıyıq və inanırıq ki, vətəndaşlarımız da bizdən bunu xahiş edir. Biz inanırıq ki, İŞİD bəlasının qarşısını alacağıq və bütün millətlərin, etnik qrupların, dinlərin və sektaların yaşamağa layiq olduğu dinc və təhlükəsiz bir dünya uğrunda mübarizə aparacağıq”, Con Kerri öz sözlərinə əlavə edib.

 Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.(Muslim).

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər