Dünya qocalara qalacaq
888 dəfə baxılıb
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumat görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, beş ildən sonra dünyada yaşlı insanların (yaşı 60-dan yuxarı) sayı uşaqların (5 yaşına çatmamış) sayından çox olacaq.
Belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək.
ÜST-nin mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər.
Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. ÜST-nin proqnozlarına əsasən, 2025-ci ilə onların sayı dünyada 2 milyard olacaq.
Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.
Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (ona salam olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə). Bununla əlaqədar olaraq, Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) müsəlmanları çoxuşaqlı ailələr qurmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).
Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).